Saatlı rayonunda suvarma işləri qrunt sularının rejimini müəyyən edən amillərdən biridir. Suvarma mövsümündə torpağa sızılanb suların hesabına qrunt sularının səviyyəsi səthə yaxınlaşır. Bu da təsərrüfatlar üçün ciddi problem yaradır.
Yurd.Media xəbər verir ki, fermerlər "ATV"yə müsahibəsində qrunt sularının təsirindən istənilən məhsulu götürmək mümkün olmadığını bildirir.
Belə ki, torpaq sahəsində 1,80-2 metrə yaxın su çıxa bilər. Ağac 4-5 yaşlarında olarkən qrunt suları çatmaq ehtimalı daha çoxdur.
Mütəxəssis Bəxtiyar Sabirli bildirir ki, Aran zonasında kaliumun çoxluğu torpaqda duzluluğun və qrunt suların çox olmasından irəli gəlir:
"Bu zaman gübrələrin tərkibində kalium olmaması tövsiyə olunur. Əgər bunlar varsa ya azot, ya da fosforlu gübrə təyin edəcəyik. Belə bir hal yoxdursa, sadəcə peyin ilə də düzəltmək mümkünsə onu təyin edirik".
Azərbaycan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşı Niftalı İsmayılov qeyd edir ki, kollektoru təmizlədikdə yerlər açılır və qrunt sularının axıdılması üçün bu yerlərdən istifadə olunur:
"Bu yerləri açırıq ki, torpağın yuyulması tam bərpa olunsun. Kollektorun dərinliyi 2,8-3,2 metr olur və bu torpağın yuyulmasına şərait yaradır".
Fermerlər isə qeyd edir ki, damcılı suvarma üsülü ilə harada bağ salınıbsa, orada ağacların kökü üçün çox təhlükə gözlənilmir. Çünki, ağac kökü yuxarıdan su aldığı üçün dərinliyə ehtiyac qalmır. Damlama və çiləmə sulama sistemlərinə keçilməyibsə, su itkisi xeyli çoxdur və qrunt sularının qurtarmaq ehtimalı yoxdur.