Fermerlər məhsul satışı sahəsində ciddi çətinliklərlə üzləşir, istehsal etdiyi məhsulu bazara çıxarmaqda çətinlik çəkir.
Bunu iqtisadçı Natiq Cəfərli Yurd.Media-nın baş redaktoru Murad Əliyevin təqdimatında “Yurddaş” verilişində müsahibəsində bildirib.
Cəfərli bildirib ki, bu sahədə yaxşı düşünülmüş konsepsiya olsa da, reallaşmayıb:
“Bizim fermerlər də zülüm çəkir. Baxırsan ki, mal istehsal edir, sata bilmir. Bu günə qədər də çox gözəl bir sloqan fikirləşdirilmişdi, düşünülmüşdü: "Tarladan süfrəyə". Amma bu günə qədər yerinə yetmədi. Niyə? Çünki orada o qədər maraq qrupları var ki, o maraq qrupları o layihənin ərsəyə gəlməsinə mane oldu”.
Cəfərli bildirir ki, böyük market şəbəkələr üçün belə bir güzəşt ciddi qənaət deməkdir və onları yerli fermerlərlə əməkdaşlığa təşviq edər:
“Market şəbəkələri özləri fikirləşəcək ki, 2 faiz mənim ildə, məsələn, 20 milyon manat qənaət deməkdir”.