SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Əhaliyə XƏBƏRDARLIQ: Taxıl zəmilərində bunları etmək olmaz - VİDEO

Əhaliyə XƏBƏRDARLIQ: Taxıl zəmilərində bunları etmək olmaz - VİDEO

  • 10 iyul 2026, 15:11

Ölkədə biçin işlərinin həyata keçirilməsi ilə bağlı bir sıra təhlükəsizlik məsələlərinə diqqət artırılmalıdır.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Yurd.Media-ya bildirilib ki, biçin mövsümünün ilin isti və quraq dövrünə təsadüf etdiyini nəzərə alaraq, əhaliyə, o cümlədən təsərrüfat sahibləri və taxıl yığımında iştirak edən şəxslərə müraciət edərək, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunmasının vacibliyini bildirir, bununla bağlı sadə və zəruri qaydaları bir daha xatırladılır:

- taxıl zəmilərində kibrit yandırmaq, açıq oddan istifadə etmək, o cümlədən siqaret çəkmək, zəmilərin yaxınlığında tonqal qalamaq qəti qadağandır! Bu məkanlarda siqaret çəkmək üçün xüsusi yer ayrılmalıdır;

- yolla hərəkət edərkən tam söndürülməmiş siqaret kötüyü və ya kibriti, yanar mayelərlə islanmış materialları, eləcə də şüşə qab və şüşə qırıntılarını ətrafa atmaq yolverilməzdir;

- taxıl zəmilərinin ətrafı quru ot və tullantılardan vaxtaşırı təmizlənməlidir;

- biçində iştirak edən texnikalar ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalı, biçinə başlamazdan əvvəl yanğın-texniki müayinədən keçirilməlidir;

- işdən sonra texnikanın sahələrdə saxlanılması, gecə vaxtı yanacaqla doldurulması, yanacaq və yağların ətrafa tökülməsinə yol verilməsi, texnikalarda əlavə yanacaq və yağlama materiallarının saxlanılması qəti qadağandır;

- tarla düşərgələri, taxıltəmizləmə xırmanları, ot və küləş tayaları yığılan sahələr ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməlidir;

- əkin sahələri ilə meşə sahəsi, avtomobil yolları və dəmiryol xətləri arasında mühafizə zolağı yaradılmalıdır;

- yanğın baş verərsə, iş dərhal dayandırılaraq ətrafdakılar məlumatlandırılmalı, əlaltında olan ilkin yanğınsöndürmə vasitələri ilə (odsöndürən, su, torpaq, qalın parça materialı və s.) yanğını söndürməyə çalışmalı və “112” qaynar xəttinə məlumat verilməlidir.

Nəzərə alınmalıdır ki, biçindən sonra əkin yerinin yandırılması qadağandır və bu əməllərə yol verilməsi inzibati məsuliyyət yaradır.

Əhaliyə XƏBƏRDARLIQ: Taxıl zəmilərində bunları etmək olmaz - VİDEO
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları