SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
“Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” qanunvericiliyi pozması ilə bağlı MƏHKƏMƏDƏ

“Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” qanunvericiliyi pozması ilə bağlı MƏHKƏMƏDƏ

  • 18 may 2026, 12:25

“Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) əmək qanunvericiliyinin pozulmasında ittiham edilib. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən şirkətdə yoxlama aparılıb. 

Belə ki, vətəndaş Həsən Hüseynov “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-də əmək hüquqlarının pozulması barədə Dövlət Əmlak Müfəttişliyi Xidmətinə ünvanlanan müraciətinə baxılması ilə əlaqədar Əmək Məcəlləsinin 15.2-ci maddəsinin tələblərinə uyğun olaraq araşdırma aparılıb. 

Vətəndaşa aid müvafiq sənədlərin 7 iş günü ərzində xidmətin Bakı şəhər İdarəsinə göndərilməsi tələb edilib.

Sözügedən məktub “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-yə göndərilməsinə baxmayaraq cəmiyyət tərəfindən sənədlər tam şəkildə təqdim edilməyib. 

Belə ki, ezamiyyəyə göndərilməsi barədə əmrin surəti, ezamiyyə xərclərinin hesablanması və digər sənədlər müəssisə tərəfindən göndərilməyib. 

Qanunvericilikdə inzibati məsuliyyət təkcə sənədlərin təqdim edilməməsinə görə yox, həm də sənədlərin tam, düzgün və vaxtında təqdim edilməməsinə görə yaranır. 

Binəqədi Rayon Məhkəməsinin qərarı ilə MMC barəsində inzibati xətaya xitam verilib.

Bu qərardan narazı qalan Dövlət Əmlak Müfəttişliyi Xidməti apellyasiya şikayəti verib. İddia olunub ki, məhkəmə tərəfindən sübutların qiymətləndirilməsi düzgün aparılmadığından işin faktiki hallarına uyğun olmayan əsassız nəticəyə gəlinib. 

Xidmət tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin əməlində İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olduğu aşkar edilib və sübuta yetirilib. 

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin edilməyib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları