Astarada fermerlər bir birinin yolunu bağlayıb, sitrus ağaclarına qulluq mümkünsüzdür - VİDEO

Astarada fermerlər bir birinin yolunu bağlayıb, sitrus ağaclarına qulluq mümkünsüzdür - VİDEO

Astara

Astara rayonu Maşxan kəndində 5 fermer qonşularının yolu bağlaması səbəbindən bağlarına yük daşımaqda çətinlik çəkirlər.

"Yurd.Media" xəbər verir ki, "İTV"yə şikayət edən sakinlər fermerlər bildiriblər ki, sahib olduqları sitrus bağları 15 hektara yaxın ərazini əhatə edir və onlar xaricdən gətirdikləri sitrus tinqlərinə lazımı qulluq göstərə bilmirlər.

Bağlara gedən yolu bağlayan kənd sakini İlham Şükürov isə bildirib ki, sözügedən yoldan özü təsərrüfatına getmək üçün istifadə edir və kənar şəxslərə həmin yola girməyə icazə vermir.

Maşxan kənd inzibati ərazi dairəsinin nümayəndəsi Rəşad Həsənov bildirib ki, vətəndaşlarla danışılıb:

"Yolun zəbt olunması ilə bağlı Reyestr Xidmətinə müraciət etmişik. Nəticə açıqlanandan sonra yolun açılması problemi öz həllini tapacaq".

Ətraflı süjetdə: