2025-ci ildə Azərbaycanda dövlət qurumlarına məxsus 37 layihənin icrası gecikib.
Bu barədə Yurd.Media-ya Hesablama Palatasından bildirilib.
Məlumata görə, icrası gecikdirilən layihələr bu qurumların payına düşüb.:
- 22 layihə - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin;
- 4 layihə - bir məxfi qurumun;
- Hərəyə 3 layihə - Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin və İqtisadiyyat Nazirliyinin;
- Hərəyə 1 layihə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin, Prezident yanında Ali Attestasiya Komissiyasının, Dövlət Turizm Agentliyinin, Gənclər və İdman Nazirliyinin, “Azəristiliktəchizat” ASC-nin.
