SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış

Ali Attestasiya Komissiyası

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK) — Azərbaycan Respublikasında yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların attestasiyasını, onlara elmi dərəcələr və elmi adlar verilməsini, o cümlədən xarici ölkələrdə verilmiş elmi dərəcə və elmi adlar haqqında sənədlərin tanınmasını, elmi müəssisələrin (təşkilatların) akkreditasiyasını, bu sahədə dövlət siyasətini və tənzimləməsini həyata keçirən, elmi potensialın formalaşmasında iştirak edən dövlət orqanıdır.

Komissiya Azərbaycan Respublikasının Prezidentinə tabedir.

AAK 1992-ci ildə yaradılmışdır. Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının ilk sədri Əməkdar elm xadimi Rauf İsmayılov olmuşdur.

Ali Attestasiya Komissiyası nazirlik statusuna malik qurumdur.

21 iyun 2019-cu ilin iyun ayından komissiyaya Famil Mustafayev başçılıq edir.

Şuralar
Komissiyada aşağıdakı ekspert şuraları fəaliyyət göstərir:

Biologiya elmləri və aqrar elmlər üzrə ekspert şurası Coğrafiya üzrə ekspert şurası
Fəlsəfə, pedaqogika, psixologiya və sosiologiya elmləri üzrə ekspert şurası
Filologiya elmləri üzrə ekspert şurası
Fizika və astronomiya elmləri üzrə ekspert şurası
Hüquq elmləri üzrə ekspert şurası
İqtisad elmləri üzrə ekspert şurası
Kimya elmləri üzrə ekspert şurası
Riyaziyyat və mexanika elmləri üzrə ekspert şurası
Sənətşünaslıq və memarlıq üzrə ekspert şurası
Tarix və siyasi elmlər üzrə ekspert şurası
Texnika elmləri (informatika və energetika sahələri) üzrə ekspert şurası
Texnika elmləri (maşınqayırma və inşaat sahələri) üzrə ekspert şurası
Tibb və əczaçılıq elmləri üzrə ekspert şurası
Yer elmləri üzrə ekspert şurası
Rəhbərləri
Rauf İsmayılov (1992)
Azad Mirzəcanzadə (1992–2002)
Arif Mehdiyev (2002–2016)
Famil Mustafayev (21 iyun 2019-cu ildən)