SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Bu il reklam dünyası nə ilə yadda qaldı?

Bu il reklam dünyası nə ilə yadda qaldı?

  • 08 dekabr 2025, 21:31

"Bu il reklam dünyasında ən çox diqqət çəkən dəyişiklik süni intellektin və müasir vizual texnologiyaların geniş istifadə olunmasıdır".

Yurd.Media xəbər verir ki, bunu "Admedia" reklam şirkətinin xüsusi layihələr üzrə mütəxəssisi Elçin Rüstəmli deyib.

O qeyd edib ki, brendlər artıq yalnız bir mesaj vermir, izləyici üçün maraqlı və yadda qalan təcrübə yaratmağa çalışırlar.

"Buna görə də 3D ekranlar, qısa və dinamik videolar, həmçinin real istifadəçilərin çəkdiyi kontentə əsaslanan kampaniyalar daha populyar olur. Reklamda ikinci mühüm istiqamət isə lokallıqdır — yəni yerli hekayələrdən, mədəni elementlərdən və insanların gündəlik danışıq tərzindən istifadə edilməsi. Bu, kampaniyaları həm daha səmimi edir, həm də auditoriyanın reaksiyasını gücləndirir.

Admedia olaraq biz də bütün layihələrimizdə bu yenilikləri tətbiq edirik. Süni intellekt alətlərindən istifadə edir, vizual tərəfi gücləndirən texnologiyalarla işləyir və hər brend üçün yerli üsluba uyğun kreativ həllər hazırlayırıq. Məqsədimiz şirkətlərin bazarda daha görünən, daha təsirli və daha uğurlu olmasına dəstək olmaqdır.

Şirkətimiz bu trendləri sadəcə izləyən deyil, onları yerli bazada praktik tətbiq edən şirkətlərdən biridir" - Elçin Rüstəmli qeyd edib.

Prime Leasing
SPE Annual Caspian