Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 3,3 milyard ABŞ dolları dəyərində qeyri-neft-qaz məhsulları ixrac edib ki, bunun da 85%-i 10 ölkənin payına düşüb.
Bu barədə Yurd.Media-ya Dövlət Gömrük Komitəsindən bildirilib.
Məlumata görə, bunlar, Rusiya, Türkiyə, İsveçrə, Gürcüstan, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan, Belarus, Özbəkistan və Türkmənistandır.
11 ayda təkcə Rusiyaya 1,1 milyard dollarlıq qeyri-neft-qaz malı satılıb.