SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi
Azərbaycanın Ermənistana göndərdiyi yanacaqdan Gürcüstan da qazanacaq

Azərbaycanın Ermənistana göndərdiyi yanacaqdan Gürcüstan da qazanacaq

  • 08 yanvar 2026, 23:29

Azərbaycanın Ermənistana göndərdiyi yanacaqdan Gürcüstan da qazanc götürəcək.

Yurd.Media xəbər verir ki, “Mega Trade” şirkətinin direktoru Karen Ayriyan Ermənistan mətbuatına bildirib ki, Gürcüstan Azərbaycan benzininin Ermənistana sayca ikinci tranziti üçün ödəniş alacaq.

Onun sözünə görə, ikinci tranzitdə Azərbaycandan “Premium” və “Regular” benzin idxal olunacaq.

“Tranzit üçün ödəniş benzinin qiymətinə ciddi təsir göstərməyəcək, qiymətə əsas təsiri valyuta dalğalanmaları və dünya bazar qiymətləri göstərir”, - o bildirib.

Məlumat üçün bildirək ki, Azərbaycan yanacağının Ermənistana əsas idxalçıları “Mega Trade” və “Shisha World” şirkətləridir.

Qeyd edək ki, Azərbaycan yanacağının Ermənistana ilk tranziti üçün Gürcüstan tranzit haqqı almamışdı.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları