Azərbaycanın dövlət borcu açıqlandı

Azərbaycanın dövlət borcu açıqlandı

  • 18 aprel 2025, 18:42

Bu il aprelin 1-nə Azərbaycanın dövlət borcu 26 milyard 628,8 milyon manat və cari il üzrə proqnozlaşdırılan ümumi daxili məhsulun 6,6 %-i qədər olub. Bu da ötən il aprelin 1-i ilə müqayisədə 3,3 % çoxdur.

Yurd.Media xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən məlumat verilib.

Dövlət borcunun 5 milyard 75 milyon ABŞ dolları və yaxud 8 milyard 627,5 milyon manatı xarici, 18 milyard 1,3 milyon manatı isə daxili dövlət borclarıdır. Bunlar, 1 il əvvələ nisbətən müvafiq olaraq 11,1 % az və 9,7 % çoxdur.