SÜJET
Böyük Britaniyanın Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan “Anglo Asian Mining Plc.” (AAM) şirkəti Azərbaycanın Qarabağ iqtisadi rayonunda yerləşən "Dəmirli" mis zavodunda hasilata başlanılması üçün hazırlıq işlərinə start verib.
Bu barədə Yurd.Media-ya şirkətdən xəbər verilib.
"Anglo Asian Mining plc” “Dəmirli” mis-molibden yatağının istismara verilməsi üçün prosesin başlanması barədə məlumat verir. Yatağın istismara verilməsi davam edir və ilin sonunadək hasilatın artacağı gözlənilir", - məlumatda qeyd olunub.
Şirkət 2025-ci ildə “Dəmirli” yatağında təxminən 4 min ton mis konsentratının istehsal olunacağını proqnozlaşdırır.
2026-cı ildən etibarən istehsalın ildə təxminən 15 min ton misə qədər artacağı gözlənilir. Yatağın istismar müddəti geoloji model və mineral ehtiyatlar modelinin daha da işlənməsindən sonra müəyyən ediləcək.