SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Azərbaycanda Visa ilə nə qədər ödəniş edilib?

Azərbaycanda Visa ilə nə qədər ödəniş edilib?

  • 28 iyun 2026, 17:57

May ayının sonuna rezident maliyyə institutları (statistik vahidlərin ödəniş kartları daxil olmaqla) tərəfindən buraxılmış Visa ödəniş kartları ilə aparılan əməliyyatların sayı 159,331 milyon, əməliyyat həcmi isə 7,965 milyard manat təşkil edib.

Bu barədə Yurd.Media-ya Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.

Bundan əlavə, məlumatlar göstərir ki, ötən ilin eyni dövrü ilə müqayisədə əməliyyatların sayı 35,178 milyon və ya 28,3%, əməliyyat həcmi isə 963 milyon manat və ya 13,7% artıb.

AMB-nin məlumatına görə, qeyri-rezident maliyyə institutları tərəfindən buraxılmış Visa kartları ilə aparılan əməliyyatların sayı 839,3 min, əməliyyat həcmi isə 74,5 milyon manat təşkil edib.

Qeyd etmək lazımdır ki, aprel ayının sonuna banklar və "Azərpoçt" MMC vasitəsilə dövriyyədə olan ödəniş kartlarının sayı əvvəlki aya nisbətən 108.000 ədəd artaraq 22.518.000-ə çatıb.

"May ayının sonuna bank sistemi və "Azərpoçt" MMC vasitəsilə dövriyyədə olan ödəniş kartlarının sayı əvvəlki aya nisbətən 309.000 ədəd artaraq 22.827.000-ə çatıb. Keçən ilin eyni dövrü ilə müqayisədə bu rəqəm 12% artıb", - deyə Azərbaycan Mərkəzi Bankı bildirib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları