2025-ci ildə Azərbaycanda dövlət qulluqçuları orta hesabla 2 059 manat maaş alıblar.
Bu barədə Yurd.Media-ya Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, 2024-cü illə müqayisədə 4,5% çoxdur.
Ötən il ölkə üzrə orta aylıq əməkhaqqı isə 1 103 manat təşkil edib. Bu isə əvvəlki ilə nisbətən 9,3% çoxdur.
Beləliklı, dövlət qulluqçularının orta maaşı ölkə üzrə orta göstəricini 86,7% üstələyib.