2025-ci ildə Azərbaycan Gürcüstan iqtisadiyyatına 214,4 milyon ABŞ dolları birbaşa investisiya qoyub.
Yurd.Media xəbər verir ki, bu barədə qonşu ölkənin Milli Statistika Xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, Azərbaycan ötən il Gürcüstan iqtisadiyyatına qoyulmuş birbaşa xarici investisiyalarda 11,3% paya malik olub.
Maraqlıdır ki, Azərbaycan Mərkəzi Bankının ölkənin ötənilki tədiyyə balansı göstəriciləri ilə eyni vaxtda yaydığı məlumatda il ərzində Gürcüstana birbaşa investisiya qoyuluşunun 179,5 milyon dollar olduğu bildirilib.