SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Qeyri-sabit hava Böyük Qayıdış Süni intellekt Kiberdələduzluq
Azərbaycan Rusiyadan elektrik enerjisi alışını azaldıb

Azərbaycan Rusiyadan elektrik enerjisi alışını azaldıb

  • 22 may 2025, 15:58

Cari ilin yanvar-mart aylarında Azərbaycana Rusiyadan 21,7 milyon kVt/saat həcmində elektrik enerjisi idxal edilib.

Yurd.Media xəbər verir ki, Trend-in Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlar əsasında apardığı hesablamalara görə, bu miqdarda elektrik enerjisinin idxalına çəkilən xərc 679,2 min ABŞ dolları olub.

Rusiyadan elektrik enerjisi alışı ötən ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsi ilə 1,6 milyon kVt/saat və ya 6,9% azalıb, dəyər ifadəsi ilə 12,1 min ABŞ dolları, yaxud da 1,8% artıb.

Belə ki, 2024-cü ilin birinci rübündə Rusiyadan Azərbaycana 23,3 milyon kVt/saat həcmində, 667,1 min ABŞ dolları dəyərində elektrik enerjisi alınmışdı.

Qeyd edək ki, bəhs olunan dövrdə Azərbaycana Rusiya, Gürcüstan və İrandan 933 min ABŞ dolları dəyərində 30 milyon kVt/saat elektrik enerjisi idxal edilib.