SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Azərbaycan Pakistan iqtisadiyyatına 2 mlrd dollarlıq sərmayə qoya bilər

Azərbaycan Pakistan iqtisadiyyatına 2 mlrd dollarlıq sərmayə qoya bilər

  • 02 yanvar 2026, 20:51

Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar Azərbaycanın iqtisadiyyat naziri Mikayil Cabbarovla telefon danışığı aparıb.

Yurd.Media xəbər verir ki, bu barədə Pakistanın Xarici İşlər Nazirliyi "X"də məlumat yayıb.

Qeyd olunur ki, danışıq zamanı Azərbaycanın Pakistan iqtisadiyyatına 2 milyard ABŞ dolları məbləğində sərmayə qoyması müzakirə edilib.

Məhəmməd İshaq Dar və Mikayil Cabbarov ikitərəfli əlaqələrin mövcud vəziyyətindən məmnunluqlarını ifadə ediblər və münasibətləri daha da inkişaf etdirmək barədə razılığa gəliblər.

Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri qarşılıqlı maraq doğuran sahələrdə Pakistan-Azərbaycan əməkdaşlığının gücləndirilməsində yüksək səviyyəli əlaqələrin vacibliyini vurğulayıb. Pakistan iqtisadiyyatının müəyyən sahələrinə Azərbaycan investisiyalarının qoyulmasına imkan verən mexanizmin yekunlaşdırılması barədə razılığa gəlinib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları