Bu ilin yanvar-fevral aylarında Azərbaycanda maliyyə sektoruna 9,5 milyon manat investisiya qoyulub.
Bu barədə Yurd.Media-ya Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 26,3% çoxdur.
2 ayda maliyyə sektoruna investisiya qoyuluşu ümumi yatırımlarda 0,4% paya malik olub.