Zaqatala rayonunun Maqov inzibati ərazisində yerləşən Vöhtala yaşayış məntəqəsinin sakinləri digər kəndlərə gedə bilmirlər.
"Yurd.Media" xəbər verir ki, Talaçay üzərindəki körpüdən 14 ev 60 sakinin yaşadığı məntəqə sakinləri istifadə edə bilmir.
"ATV"yə şikayət edən sakinlər bildirir ki, uşaqlar məktəbə gedə bilmir, təcili tibbi yardım maşını kəndə gələ bilmir. Müraciət etsələr də baxan olmayıb.
Maqov bələdiyyəsinin sədri Abdulla Dadayev bildirdi ki, 2024-cü ilin mart ayında Nazirliyin iştirakı ilə su və yol idarəsinin əməkdaşları ilə birgə baxış keçirilib. Vöhtala kəndinə keçən piyada keçid körpüsü qəzalı akta qeyd olunub. Həmin körpü bələdiyyənin balansında olmadığı üçün bələdiyyə heç bir vəsait ayıra bilmir və təmiriylə məşğul ola bilmir.
Qeyd edək ki, yaşı 40-a yaxın olan körpünün hündürlüyü 3, uzunluğu isə 50 metrdir.