Tovuzda körpü selin təsirindən yararsız hala düşüb

Tovuzda körpü selin təsirindən yararsız hala düşüb

Tovuz

Tovuz rayon Yuxarı Öysüzlü kəndində 300 nəfər sakinin rayon və ətraf ərazilərlə əlaqə yaradan körpü yararsız hala düşüb.

"Yurd.media" xəbər verir ki, özəl dayaqlar və torpaq qatı son günlərdə yağan güclü yağışlar, sel səbəbindən yuyulub.

"Xəzər TV"yə şikayət edən sakinlər bildirir ki, uşaqlar məktəbə gedə bilmirlər.

Yuxarı Öysüzlü icra nümayəndəliyindən bildirildi ki, sözügedən körpü sakinlərin istəyi ilə əlavə olaraq quraşdırılıb. Kəndin standartlara cavab verən əsas körpüsü var. Hərəkət ordan təşkil edilməlidir. Eyni zamanda bu körpünün də təmirində kömək edəcəklərini bildirdilər.