SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
Bakının mərkəzində su xətti düzəldi, qazılan hissə isə asfaltlanmır

Bakının mərkəzində su xətti düzəldi, qazılan hissə isə asfaltlanmır

Bakı

Yasamal rayonunda su və kanalizasiya xətlərində aparılan təmir işləri başa çatsa da, qazılan hissə bir aydan artıqdır ki, asfaltlanmır.

Yurd.Media xəbər verir ki, problem Şamil Əzizbəyov küçəsi 67/69 ünvanında, Üzeyir Hacıbəylinin ev-muzeyinin qarşısında qeydə alınıb. Belə ki, aprel ayında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən sözügedən ünvanda su və kanalizasiya xəttində təmir-bərpa işləri aparılıb.

Təmir işlərindən sonra qazılan hissə çınqıl daşla doldurularaq bağlansa da, bu günə qədər asfalt örtüyü çəkilməyib. Yağan leysan yağışları nəticəsində isə daşların bir hissəsi yuyularaq dağılıb, yolun səkiyə yaxın hissəsində çuxur əmələ gəlib, su xəttinin bir hissəsi üzə çıxıb.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən Yurd.Media-ya bildirilib ki, təmir-bərpa işləri yekunlaşdıqdan sonra asfaltlanma ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məlumat verilib.

Xatırladaq ki, aprel ayında həmin ünvanda yolun hərəkət hissəsində çökmə baş vermişdi. Aparılan araşdırmalar zamanı çökməyə su və kanalizasiya xəttinin dağılmasının səbəb olduğu müəyyən edilib və aidiyyəti üzrə təmir-bərpa işləri aparılıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları