Bakıda Akademik Həsən Əliyev küçəsi ilə metronun "Koroğlu" stansiyasını birləşdirən yeni avtomobil yolunda ümumi uzunluğu 2 073 metr olan 4 tunel və ümumi uzunluğu 112 metr olan 3 yeraltı piyada keçidinin inşası aparılır.
Yurd.Media xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli AZTV-yə bildirib ki, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə bu yolun akademik Həsən Əliyev küçəsindən Müzəffər Nərimanov küçəsinə qədər olan hissəsinin tikintisi sürətlə davam etdirilir:
"Yeni avtomobil yolu Ziya Bünyadov və Heydər Əliyev prospektlərinə paralel olaraq layihələndirilib. Hazırda yolun inşası sürətlə davam etdirilir."