SÜJET
Azərbaycanda uşaqlara qoyulan ən populyar adlar açıqlanıb.
Yurd.Media xəbər verir ki, 2025-ci ilin ilk 3 ayında doğulan oğlan uşaqlarına ən çox Uğur adı qoyulub – 137 nəfər. Oğlanlar üçün seçilmiş digər populyar adlar isə Hüseyn (87 nəfər), Yusif (86), Əli (76), Raul (70). Umumiyyətlə “Uğur” son 5 ildə ən çox oğlan uşaqlarına verilən addır – 7289 nəfər.
Qızlara ötən 3 ayda ən çox qoyulan ad Nilay olub - 91 uşaq. Məryəm adı 87, Zəhra – 81, Aylin – 80, Melisa – 78 dəfə yeni doğulan körpələrə verilib. Son 5 ilin statistikasına baxanda Zəhra ən çox rast gəlinən qız adıdır – 6412 uşağa bu ad qoyulub.
Daha ətraflı Yurd.Media-nın hazırladığı infoqrafikada: