Birinci Liqa təmsilçisi “Səbail” artıq Quba klubu kimi çıxış edəcək.
Yurd.Media xəbər verir ki, bunu Futbolun İnkişaf Fondunun (FİF) icraçı direktoru Tural Piriyev deyib.
Klubun yeni idarə heyətinin təqdimat mərasimində çıxış edən FİF rəsmisi klubun strateji məqsədlərindən bəhs edib:
“Səbail” Quba şəhərini təşkil edəcək. Necə ki, "Kəpəz" Gəncədə, "Turan Tovuz" isə Tovuzda rəğbət qazanıb, "Səbail"in də bölgə futbolunda seviləcəyinə inanırıq”.
Klub 5 yeni transfer də həyata keçirib, Peter Aqbeloven, Ezekiel Morqan, Yan Said, Dinyo və Hulkla ilə müqavilə bağlayıb.
“Səbail”in yeni prezidenti Mirzə Bayrampur klubun yeni idarə heyətinin təqdimat mərasimində qarşıya qoyduğu hədəfləri açıqlayıb:
“İlk istəyimiz birinci liqadan Premyer Liqaya yüksəlməkdir. Digər əsas məqsədimiz isə uşaq futbolunun inkişaf etdirilməsidir. Bu gün klubların tez dağılmasının, davamlı ola bilməməsinin əsas səbəbi uşaq futbolunun inkişaf etməməsidir. Bu səbəblə akademiyanın yaradılması çox vacibdir”.