SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Ağdam klubu yenə Niderland Tventesi ilə qarşılaşa bilər

Ağdam klubu yenə Niderland "Tvente"si ilə qarşılaşa bilər

  • 03 avqust 2026, 19:03

Ağdam klubu yenə Niderland "Tvente"si ilə qarşılaşa bilər. 

Yurd.Media xəbər verir ki, "Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib.

Püşkatma mərasimi İsveçrənin Nyon şəhərində baş tutub.

Ağdam klubu turnirin III təsnifat mərhələsində Ukrayna təmsilçisi "Dinamo"nu (Kiyev) mübarizədən kənarlaşdıracağı təqdirdə, "Tvente" (Niderland) – DAK 1904 (Slovakiya) cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, qitənin üçüncü dərəcəli klub turnirində pley-off mərhələsinin ilk oyunları avqustun 20-də, cavab matçları isə 27-də baş tutacaq.

Xatırladaq ki, bundan əvvəl dəfələrlə "Qarabağ" Avrokuboklarda "Tvente" ilə qarşılaşıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları