SÜJET

Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Rəşad Nəbiyev yeni vəzifəyə seçildi

Rəşad Nəbiyev yeni vəzifəyə seçildi

  • 11 iyun 2025, 18:00

Beynəlxalq Cüdo Federasiyasının (IJF) İcraiyyə Komitəsinin yeni tərkibi müəyyənləşib.

Yurd.Media xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev də onlar arasındadır.

Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş IJF Konqresində Marius Vizer quruma 6-cı dəfə prezident seçilib.

Səsvermə nəticəsində müəyyənləşən İcraiyyə Komitəsinin yeni tərkibinə 17 nəfər daxil olub. Onlar 2025 - 2029-cu illərdə fəaliyyət göstərəcəklər.

Qeyd edək ki, 2017 - 2023-cü illərdə IJF İcraiyyə Komitəsində ACF-nin sabiq prezidenti Rövnəq Abdullayev də yer alıb.

Prime Leasing