“Zenit” klubu ilə iki illik müqavilə bağlamışdım. Müddət başa çatmamış mənə yenidən sözləşmə təklif etdilər”.
Yurd.Media xəbər verir ki, bunu Baku TV-yə müsahibəsində Rusiyanın “Zenit” klubunun və Azərbaycan millisinin futbolçusu Nigar Mirzəliyeva deyib.
Azərbaycanlı qadın futbolçu bildirib ki, “Zenit” klubunda hər kəs ona rəğbət bəsləyir:
“Komandada məşqçinin mənə münasibəti çox xoşuma gəlir. Mənə hörmət edir, yaxşı oynadığım üçün tez-tez tərif edir. Səhvlərim olanda isə toplanışlarda göstərir. Çox savadlı məşqçidir, ondan çox şey öyrənmişəm”.
Nigar Mirzəliyeva futbola başladığı ilk vaxtlar ciddi qınaqlarla qarşılaşdığını da deyib:
“Futbola ilk başlayanda çox adam deyirdi ki, qadın nədir, futbol nədir? Futbol kişi oyunudur, qızlara yaraşmır. Amma mən heç vaxt bu fikirlərə əhəmiyyət vermirdim. Uşaqlıqdan oğlanlarla futbol oynayırdım. Bəlkə də, bu istedad mənə doğuşdan verilib. Düşünürəm ki, insanın uğur qazanması üçün iradə vacibdir. Ona görə də hər kəsə tövsiyə edirəm: arzularınızın arxasınca gedin. Əgər kişilər bacarırsa, qadınlar da hər şeyi bacarar”.
Ətraflı süjetdə: