SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Avropa Liqasında “Sabah”a Konfrans Liqasının 1/4 finalında oynamış klub rəqib oldu

Avropa Liqasında “Sabah”a Konfrans Liqasının 1/4 finalında oynamış klub rəqib oldu

  • 17 iyun 2025, 21:28

UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Sabah” Sloveniyanın “Sele” klubu ilə qarşılaşacaq.

Yurd.Media xəbər verir ki, İsveçrənin Nyon şəhərində bugün keçirilən püşkatma ilə Azərbaycan klubunun rəqibi məhz ötən mövsüm UEFA Konfrans Liqasının 1/4 finalında oynamış Sloveniya klubu seçilib.

"Sele" klubu 1919-cu ildə yaradılıb. Komanda iki dəfə (2019/2020, 2023/2024) Sloveniya çempionu (1991-ci ildən bəri) adını qazanıb. Həmçinin 2004/2005 və 2024/2025 mövsümündə Sloveniya Kubokunun sahibi olub.

“Sabah”ın rəqibi ev oyunlarını təmsil etdiyi şəhərdə yerləşən 13 059 azarkeş tutumuna malik "Zdejele" stadionunda keçirir.

Qeyd edək ki, "Sabah" “Sele”yə qarşı ilk matçını iyulun 10-da evdə, cavab görüşünü isə 17-də səfərdə keçirəcək.

Prime Leasing