SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Azərbaycanlı 13 yaşlı şahmatçı dünya reytinqinin ikincisi Hikaru Nakamuranı məğlub etdi - VİDEO

Azərbaycanlı 13 yaşlı şahmatçı dünya reytinqinin ikincisi Hikaru Nakamuranı məğlub etdi - VİDEO

  • 15 iyun 2025, 10:57

Londonda keçirilən blits üzrə dünya çempionatında 13 yaşlı azərbaycanlı Xaqan Əhməd dünya reytinqində ikinci olan Hikaru Nakamuranı məğlub edib.

Yurd.Media xəbər verir ki, 5-ci turda 2290 FIDE reytinqinə sahib Xaqan Əhmədin 2804 reytinq xalı olan ABŞ təmsilçisi üzərində qələbəsi turnirin əsas sensasiyası olub.

Eyni gündə blits yarışında 13 oyundan doqquzunda rəqibləri üstələyən “Turkish Airlines” komandasının üzvü olan azərbaycanlı şahmatçı qələbələrinin təsadüfi olmadığını sübut edib.

 Qeyd edək ki, Xaqan Əhməd 2024-cü ilin ilin əvvəlində Beynəlxalq Şahmat Federasiyasının təsis etdiyi Şahmat Akademiyasına cəlb edilib. Ötən ilin sentyabrında Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilən “Masters” turnirində beynəlxalq usta (International Master) tituluna tələb olunan üçüncü normanı yerinə yetirib. Onun
12 yaş 10 aylığında beynəlxalq usta olmaqla nəticələrinin Teymur Rəcəbovla müqayisə olunmasına imkan verir.

Prime Leasing