SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Akademiyalardakı uğursuzluqlar Azərbaycan futbolunu irəliləməyə qoymur - VİDEO

"Akademiyalardakı uğursuzluqlar Azərbaycan futbolunu irəliləməyə qoymur" - VİDEO

Azərbaycanda futbol akademiyalarındakı çatışmazlıqlar bu gün futbol sahəsində problemlər yaradır.

Bunu futbol üzrə Azərbaycan milli yığmasının kapitanı olmuş Tərlan Əhmədov "Yurddaş" verilişində müsahibəsində səsləndirib.

Onun sözlərinə görə, akademiyalarda düzgün yanaşma, təməl yoxdur:

"Çatışmayan cəhətlər - akademiyalarda olan işsizlik, savadsızlıq, məşqçilərin futbola yanaşması bu gün bizim üçün problem yaradır. Bizim təməlimiz yaxşı deyil. Buna görə də bizim yığmamız da bu zəifliyi hiss edir".

Onun sözlərinə görə, 1992-ci ildən yaradılan Azərbaycan Futbol Federasiyası bu günə kimi eyni nəticəni əldə edir:

"Heç bir irəliləyiş yoxdur. Keçən il ümumiyyətlə uğursuzluq yaşamışdıq. Azərbaycanda gənc futbolçulara o qədər də diqqət ayrılmır".

"Akademiyalardakı uğursuzluqlar Azərbaycan futbolunu irəliləməyə qoymur" - VİDEO
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları