SÜJET

Böyük Qayıdış Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq
Bakıda konkisürmə üzrə Qran-Pri start götürdü - FOTOREPORTAJ

Bakıda konkisürmə üzrə Qran-Pri start götürdü - FOTOREPORTAJ

Bakı

Bakıda “ISU Yeniyetmələr arasında Fiqurlu Konkisürmə üzrə Qran-Pri”nin açılışı olub

Yurd.Media xəbər verir ki, sentyabrın 24-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində “ISU yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə Qran-Pri” yarışının rəsmi açılış mərasimi keçirilib.

Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov yarışın Azərbaycanda qış idman növlərinin inkişafına mühüm töhfə verəcəyini bildirib. ISU prezidenti Co Yul Kim isə Azərbaycanın müasir idman infrastrukturu və təşkilatçılıq təcrübəsini yüksək qiymətləndirib.

Dövlət Turizm Agentliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Qış İdman Növləri Federasiyası və ISU-nun birgə təşkilatçılığı ilə keçirilən qran-pri 3 gün davam edəcək və 38 ölkədən 92 idmançının iştirakı ilə baş tutacaq.

Foto: Sadıq Əliverdibəyli

Prime Leasing
SPE Annual Caspian