SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Bakı gələn il Dünyanın İdman Paytaxtı olacaq

Bakı gələn il Dünyanın İdman Paytaxtı olacaq

  • 16 dekabr 2025, 19:27
Bakı

Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası Bakını 2026-cı il üçün dünyanın "İdman paytaxtı" seçib.

Yurd.Media xəbər verir ki, "Dünya İdman Paytaxtı" titulu rəsmi olaraq Monakodan Bakıya təhvil verilib, bununla da Azərbaycan paytaxtı 2026-cı il üzrə Dünya İdman Paytaxtı elan olunub.

Bakının "Dünya İdman Paytaxtı" ("World Capital of Sports") elan olunmasına həsr edilmiş rəsmi təqdimetmə mərasimi keçirilib.

Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Milli Olimpiya Komitəsinin I vitse-prezidenti Çingiz Hüseynzadə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və digər rəsmi şəxslər iştirak edirlər.

Tədbirə ACES (Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyasının) nümayəndə heyəti də qatılıb.

Qurumun prezidenti Qian Francesko Lupattelli, baş katib Huqo Alonso, Monako knyazlığının sabiq Təhsil, Gənclər və İdman naziri Isabelle Kladyo Aline Bonnal da çıxışlar edəcəklər.

Qeyd edək ki, 2025-ci ildə Dünyanın İdman Paytaxtı Monako şəhəri olub. 

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları