Azərbaycanlı ağırlıqqaldıran Avropa çempionatında 3 medal qazanıb - FOTO

Azərbaycanlı ağırlıqqaldıran Avropa çempionatında 3 medal qazanıb - FOTO

  • 15 aprel 2025, 20:15

Azərbaycanlı ağırlıqqaldıra İsa Rüstəmov Moldovanın paytaxtı Kişinyovda keçirilən Avropa çempionatında 3 medal qazanıb.

Yurd.Media xəbər verir ki, atlet birdən qaldırma hərəkətində 138 kq nəticə göstərərək bürünc medala sahib olub.

Ardınca o, təkanla qaldırma hərəkətində 170 kq-ın öhdəsindən gələrək qızıl medala yiyələnib.

Toplamda 308 kq nəticəyə imza atan idmançı yekun sıralamada ikinci olub və iki hərəkətin cəmində Avropa çempionatının gümüş mükafatını qazanıb.