SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Azərbaycan yığması 1/4 finala vəsiqə qazanıb

Azərbaycan yığması 1/4 finala vəsiqə qazanıb

  • 12 iyul 2025, 23:14

Azərbaycanın 3x3 basketbol üzrə milli komandası Qadın Seriyasında Buxarest mərhələsinin sonuncu qrup oyununa çıxıb.

Yurd.Media xəbər verir ki, seçmə komandamız Ukrayna seçməsinə 21:20 hesabı ilə qalib gələrək, qrup lideri kimi 1/4 finala vəsiqə qazanıb.

Qeyd edək ki, Azərbaycan millisi 1/4 finalda Çin yığması ilə üz-üzə gələcək. İyulun 13-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 18:50-də start götürəcək.

Prime Leasing