SÜJET
Beynəlxalq Avtomobil Federasiyası (FIA) 2026-cı il Formula 1 təqvimini açıqlayıb.
Yurd.Media qurumun rəsmi saytına istinadən xəbər verir ki, 76-cı mövsüm də 24 mərhələdən ibarət olacaq.
İlk mərhələ martın 8-də Avstraliyada, sonuncusu dekabrın 6-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə olacaq.
Təqvimdən İmola çıxıb, yerinə Madrid mərhələsi daxil olub.
Azərbaycan Qran Prisi 25 - 27 sentyabra təsadüf edəcək.