Futbol üzrə Azərbaycan Premyer Liqasının 33-cü turuna bu gün keçiriləcək iki oyunla yekun vurulacaq.
Yurd.Media xəbər verir ki, günün ilk oyununda çempionluğunu rəsmiləşdirmiş "Qarabağ" "Sumqayıt"la qarşılaşacaq.
Oyuun saat 18:00-da başlayacaq.
Hazırda "Qarabağ"ın 77 xalla birinci, "Sumqayıt" isə 30 xalla 8-ci yerdə qərarlaşıb.
Günün ikinci görüşündə "Neftçi" Bakıda "Kəpəz"i qəbul edəcək. Qarşılaşma saat 20:00-da başlayacaq.
Hazırda "Neftçi" 36 xal ilə 6-cı, Gəncə təmsilçisi isə 28 xalla 9-cu sırada qərarlaşıb.
Qeyd edək ki, 33-cü turun digər matçlarında "Zirə" evdə "Turan Tovuz"a 1:0 hesabı ilə qalib gəlib, "Şamaxı" "Səbail" ilə, "Araz-Naxçıvan" isə "Sabah"la 1:1 hesablı heç-heçə edib.