Futbol üzrə Azərbaycan Premyer Liqasının 33-cü turunda bu gün "Şamaxı" "Səbail"i qəbul edib.
Yurd.Media xəbər verir ki, Şamaxı şəhər stadionunda baş tutan görüşdə 1:1 hesablı heç-heçə qeydə alınıb.
Qarşılaşmada hesabı 33-cü dəqiqədə Alfons Msanqa ("Şamaxı") açıb. 67-ci dəqiqədə isə Rüfət Abdullazadə penalti zərbəsini dəqiq yerinə yetirərək "Səbail"ə 1 xal qazandırıb.
Bu nəticədən sonra 36 xala malik "Şamaxı" altıncı sırada yer alıb "Səbail" 22 xalla sonuncu - onuncudur.
Turun digər matçında "Araz-Naxçıvan" və "Sabah" qarşılaşıblar. “Liv Bona Dea Arena"da keçirilən oyunda da hesabı meydan sahibləri açıblar - Ülvi İsgəndərov 20-ci dəqiqədə fərqlənib. Qonaq komandadan isə Vinsent Till isə 43-cü dəqiqədə bərabərlik qolunu vurub.
Naxçıvan təmsilçisi 55 xalla üçüncü, 41 xalı olan "Sabah" isə beşincidir.
Qeyd edək ki, turun açılış matçında "Zirə" evdə "Turan Tovuz"a qalib gəlib - 1:0.