SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
ASK Arenada hansı işlər görüləcək?

"ASK Arena"da hansı işlər görüləcək?

  • 09 iyul 2025, 14:39
Bakı

"Bu işlər "Barselona" futbol klubunun uşaq futbol məktəbinin ölkəmizdə planlaşdırılan açılışı çərçivəsində həyata keçirilir".

Oxu.Az xəbər verir ki, bunu "AzFar" şirkətinin nümayəndəsi jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, sahəsi təxminən 9500 kvadratmetr olan əsas meydançanın, eləcə də sahəsi təxminən 4200 kvadratmetr olan yardımçı məşq meydançasının bərpası və yeni qazon örtüyünün quraşdırılması "AzFar" şirkəti tərəfindən icra olunacaq.

Qeyd edək ki, İspaniyanın "Barselona" klubunun Bakıda açılacaq akademiyası ilə bağlı "ASK Arena"da təmir-bərpa, yenidənqurma işlərinə başlanılıb.

Prime Leasing