SÜJET
Konfrans Liqasının 2-ci mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Aris" - "Araz-Naxçıvan" görüşünü yayımlayacaq kanal müəyyənləşib.
Yurd.Media xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisinin Mətbuat Xidməti məlumat yayıb.
Sözügedən görüş "İdman TV"də canlı yayımlanacaq. Matç iyulun 31-də Yunanıstanda keçiriləcək və saat 22:15-də başlayacaq.
Bu komandalar arasında Bakıda oynanılan ilk matçda "Araz-Naxçıvan" 2:1 hesabı ilə qələbə qazanıb.