SÜJET
Yuxarı Qarabağ kanalının Yevlax rayonu ərazisindən keçən hissəsində kişi meyiti aşkar edilib.
04.07.2025 tarixindən Yevlax rayonunun Malbinəsi kəndi ərazisində itkin düşmüş kimi axtarılan Səxavət Novruz oğlu Abdullayevin meyiti Yuxarı Qarabağ kanalından tapılıb.
Kanalın Yevlax rayon Kövər kəndi ərazisindən keçən hissəsində tapılan meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Meyit üzərində xəsarət izləri aşkar edilməyib.
Faktla bağlı araşdırma aparılır