Yevlaxda 41 yaşlı Bərdə sakini generatorla təmas zamanı ölüb.
Yurd.Media "Teleqraf"a istinadən xəbər verir ki, hadisə Varvara kəndi ərazisindəki yeməkxanalardan birinin hüdudlarında baş verib.
1984-cü il təvəllüdlü Bərdə rayon sakini Bahadurov Elməddin Rizvan oğlu elektrik generatoru ilə təmas zamanı dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.