SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Bakıda dəhşətli qəza: üç nəfər öldü

Bakıda dəhşətli qəza: üç nəfər öldü

  • 07 iyun 2025, 16:17

Bu gün saat 14 radələrində paytaxtın Sabunçu rayonu Böyükşor qəsəbəsi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yurd.Media xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib.

"Mercedes" markalı yük avtomobili yolun əks istiqamətində hərəkətdə olan "Volkswagen" markalı minik avtomobili ilə toqquşub. Nəticədə 3 nəfər həyatını itirib, 1 nəfər isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

TƏBİB-dən bildirilib ki, bu gün saat 13:50 radələrində Nərimanov rayonu, Böyükşor gölü ərazisindən yol-nəqliyyat hadisəsi ilə bağlı çağırış daxil olub.

Çağırış əsasında təcili tibbi yardım briqadası ünvana cəlb olunub.

Hadisə yerində 3 (kişi cinsli) şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb. Xəsarət alan 68 yaşlı (kişi cinsli) şəxs isə müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

Prime Leasing