SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Yasamalda avtomobil yanıb

Yasamalda avtomobil yanıb

  • 18 aprel 2026, 17:17
Bakı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Yasamal rayonu, Kənar Dairəvi yolda avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Yurd.Media-ya bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “Land Rover” markalı minik avtomobilinin mühərrik hissəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin mühərrik hissəsi yanıb.

Avtomobilin digər hissələri yanğından mühafizə olunub.

Xəsarət alan olmayıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları