SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Xilasedicilər və kənd camaatı meşədə itkin düşənləri belə tapdı - VİDEO

Xilasedicilər və kənd camaatı meşədə itkin düşənləri belə tapdı - VİDEO

  • 26 iyun 2026, 11:23
Lənkəran

Lənkəran rayonunda xilasedicilər və kənd camaatı meşədə itkin düşənlərin axtarışına cəlb olunub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Yurd.Media-ya bildirilib ki, Lənkəran rayonunun İstisu qəsəbəsində mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə vətəndaşlar itkin düşüb.

FHN-in "112" qaynar telefon xəttinə daxil olan məlumat əsasında nazirliyin Cənub Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunub.

Xilasedicilər axtarış-xilasetmə tədbirləri nəticəsində çətin keçidli dağlıq-meşəlik ərazidə yolunu azaraq itkin düşən 8 nəfərin yeri müəyyən edərək xilas edib.

Axtarışlarda Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və kənd camaatı da iştirak edib.

Xilasedicilər və kənd camaatı meşədə itkin düşənləri belə tapdı - VİDEO
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları