İyunun 11-də Xaçmaz rayonu Qobuqıraq kənd ümumi orta məktəbində siniflərdən birinin döşəməsində çökmə qeydə alınıb.
Bu barədə Yurd.Media-nın sorğusuna cavab olaraq Quba-Xaçmaz Regional Təhsil İdarəsindən məlumat verilib.
Qeyd edilib ki, hadisədən sonra təhlükəsizlik tədbirləri görülüb, təlim-tədrisin fasiləsizliyinin təmin edilməsi üçün şagirdlər başqa sinfə köçürülüblər.
Təhsil müəssisəsinin mövcud vəziyyətinin qiymətləndirilməsi istiqamətində müvafiq tədbirlər görülür.