SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Təcili yardım maşını suda batıb - VİDEO

Təcili yardım maşını suda batıb - VİDEO

  • 16 aprel 2025, 16:55

Hazırda Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərləri və Xaçmaz, Şamaxı, Qobustan, Siyəzən rayonları üzrə müxtəlif istiqamətlərdə su basmış ərazilərdən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi fasiləsiz olaraq davam etdirilir.

Yurd.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Nazirliyin qüvvələri tərəfindən görülən tədbirlər nəticəsində bir sıra ərazilərdən, o cümlədən paytaxtın Nərimanov rayonunda Bağırov körpüsü adlanan ərazidəki tuneldən suyun çəkilərək kənarlaşdırılması işləri yekunlaşıb.

Prime Leasing