SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Sumqayıtda tekstil fabrikində baş verən yanğın tam söndürülüb - YENİLƏNİB

Sumqayıtda tekstil fabrikində baş verən yanğın tam söndürülüb - YENİLƏNİB

  • 19 iyun 2025, 12:33
Sumqayıt

Sumqayıt şəhərində yerləşən tekstil fabriklərindən birində başlayan yanğın məhdudlaşdırılıb.

Yurd.Media "Report"a istinadən xəbər verir ki, əraziyə cəlb olunan Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikasının operativ müdaxiləsi sayəsində fabrikdəki yanğın tam söndürülüb.

***11:52

Sumqayıt şəhərində yerləşən tekstil fabriklərindən birində yanğın hadisəsi qeydə alınıb.

Yurd.Media-nın məlumatına görə, hadisə şəhərin Sülh prospektində yerləşən müəssisələrdən birində baş verib.

Əraziyə Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətindən canlı qüvvə və texnika cəlb olunub. Yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər görülür.

İlkin ehtimallara görə, yanğına pambıq qırıntılarının alovlanması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Prime Leasing