Şəmkirdə iki nəfər su kanalında batıb.
Yurd.Media "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Seyfəli kəndindəki su kanalında baş verib.
İlkin məlumata görə, batan şəxslər 2004-cü il təvəllüdlü Ümid İbrahimov və 2005-ci il təvəllüdlü Aliyə Həsənovadır.
Hadisə yerinə xilasedicilər cəlb olunub.
Ü. İbrahimovun nəşi sudan çıxarılıb. Hazırda digər şəxsin axtarışları davam edir.
Faktla bağlı araşdırma aparılır.