SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Şəmkirdə 3 uşaq süni göldə boğulub

Şəmkirdə 3 uşaq süni göldə boğulub

  • 04 iyul 2025, 20:09
Şəmkir

Şəmkir rayonunda süni göldə çimərkən üç uşaq boğulub.

Yurd.Media xəbər verir ki, hadisə Kür çayının Şəmkir rayonundan keçən hissəsində Qədimqala ərazisində Rəvan və Fərdi Nadirli qardaşları və həmin uşaqların əmisioğlu İsmayıl Nadirli batıb.

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Axtarışlar nəticəsində göldə batmış 2016-cı il təvəllüdlü Nadirli Fərdi Teymurxan oğlu, 2018-ci il təvəllüdlü Nadirli Rəvan Teymurxan oğlu və 2021-ci il təvəllüdlü Nadirli İsmayıl Nəriman oğlunun meyitləri suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Prime Leasing