Şəmkir-Gədəbəy yolunda avtomobil ağaca çırpılıb.
Yurd.Media-nın məlumatına görə, hadisə avtomobil yolunun Şəmkir rayon Qasımalılar kəndindən keçən hissəsində qeydə alınıb.
"VAZ-21015" markalı avtomobilin idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılması nəticəsində 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Zərərçəkənlər xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.